Dmitri Nazarov 1 hissə oynadı, komandası 1 xal qazandı
18.04.2015 - 11:24
Dmitri Nazarov 1 hissə oynadı, komandası 1 xal qazandı

Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” klubu Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası səfərdə “Sandhauzen”in qonağı olub.

 

Matç başladığı hesabla da sona çatıb. Start heyətində yer alan Nazarov ilk hissəni meydanda olub. O, 46-cı dəqiqədə yerini İlian Miçanskiyə verib.

 

Qeyd edək ki, 29 oyuna 49 xal toplayan “Karlsrue” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 

0