[b]Şəhriyar Məmmədyarov məğlubiyyətdən danışdı: Belə uduzmaq yaxşı deyil[/b]
18.04.2015 - 17:59
[b]Şəhriyar Məmmədyarov məğlubiyyətdən danışdı: Belə uduzmaq yaxşı deyil[/b]

Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenə uduzub. Norveçli şahmatçı qələbə haqda bunları deyib: "Bu gün oyunum yaxşı oldu. Rəqibə istədiyi gedişləri vermədim. Debütdən üstünlük qazandım və onu sona qədər qorudum. Nəticədə ilk qələbəmi qazandım. Bu nəticəni mənim üçün vacib idi".
 

 

Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenin debütdən üstünlük qazandığını deyib: "Dünya çempionuna qarşı oynamaq hər zaman çətindir. Hər hansı psixoloji təzyiqdən söhbət gedə bilməz. Sadəcə bu gün Maqnus istədiyim gedişləri etmədi. Həmin gedişlər olsaydı partiya fərqli istiqamətdə gedəcəkdi. O tam başqa cür oynadı. Şahmatda uduzmaq olar, amma belə uduzmaq yaxşı deyil".

0