[b]Rauf Məmmədov: Yorulmuşdum[/b]
18.04.2015 - 20:14
[b]Rauf Məmmədov: Yorulmuşdum[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin II  turunda Rauf Məmmədovla heç-heçə edən Aniş Giri oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, hollandiyalı qrossmeyster bildirib ki, üstünlük qazansa da, rəqibi səhvə yol verməməyə çalışırdı: “Sonradan üstünlüyüm rəqibə keçdi. Heç-heçə pis nəticə deyil. Düzünü deyim ki, qələbə qazanmaq istəyirdim. Sadəcə, alınmadı. Rəqib dözümlü şahmatçıdı".

Məmmədov isə partiyanın sonuna yaxın üstünlük qazandığını, lakin yorulduğunu bildirib: "Sona yaxın üstünlük var idi, amma artıq yorulmuşdum. Heç-heçə olduğunu görürdüm. Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı. Amma belə oyunlarda dönüş etmək asan olmur. Çox yorulmuşdum, ona görə düzgün gedişi görmürdüm".


 

 

0