[b]Aleksey Qay: İddiamız hər kəsə bəllidi [/b]- MÜSAHİBƏ
18.04.2015 - 23:00
[b]Aleksey Qay: İddiamız hər kəsə bəllidi [/b]- MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXX turu çərçivəsində səfərdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qəbələ” klubunun yarımmüdafiəçisi Aleksey Qay qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunda ilk qolu vurdunuz və komandanız qələbə qazandı. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Çətin, həm də maraqlı oyun oldu. Azarkeşlər 4 qol izlədi. Qol vursam da, vacib olan qələbə qazanmaq idi. Çünki avrokuboklara yollanmaq istəyirik və bu yolda məqsədimizə çatmaq üçün bunu etməliyik. İddiamız hər kəsə bəllidi, belə məqamda kimin qol vurması önəm kəsb etmir.

 

- Qol vurduğunuz epizodda rəqib qapıçı səhvə yol vermişdimi?

- Bəli, həmin epizod zamanı qapıçı səhvə yol verdi. Futbol səhvlər üzərində qurulub. Biz də onun səhvindən maksimum istifadə etdik.

 

- Komandanız meydana çıxanda artıq “Simurq”un məğlub olduğu bilinirdi. Hazırkı vəziyyətdə “Qəbələ”nin avrokuboklara vəsiqəni təmin etdiyini söyləmək olarmı?

- Bu haqda danışmaq tezdi. Mövsümün başa çatmasına hələ çox var. Biz indi ən azı mövqeyimizi qorumalıyıq. Bunun üçün də çox işləməli, uğurlu nəticələr qazanmalıyıq. Avrokuboklara yollanmağı təmin etməyimizlə bağlı səsləndirilən fikirlərlə razı deyiləm.

 

- Ardıcıl 7 turdu xal itirmirsiniz. Baş məşqçi nəyi dəyişdi ki, bu cür ardıcıl qələbələr qazandınız?

- Konkret düstur deyə bilməyəcəm. Baş məşqçi bu suala daha yaxşı cavab verə bilər. Amma asan olmadı. Biz çatışmayan komponentlər üzərində çox çalışdıq. İndi bunu bəhrəsini görürük. Lakin arxayınlaşmaq olmaz. Görüləsi işimiz yenə var.

 

- Komandadakı taleyiniz necə, aydınlaşıbmı? Yeni müqavilə imzalayacaqsınız?

- Biz indi oyunlar haqda düşünürük. Bütün diqqətimizi buna yönəltmişik. Mövsümü elə yerdə bitirməliyik ki, yayda avrokuboklarda oynayaq. Mübarizə bunun uğrunda gedir. Müqavilə ilə bağlı konkret bir söz deyə bilməyəcəm.

 

0