[b]Mourinyo artıq çempionluqdan danışır[/b]
19.04.2015 - 15:46
[b]Mourinyo artıq çempionluqdan danışır[/b]

“Artıq hər şeyin sonuna gəldik. Amma futbolda vəziyyət dəyişə də bilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri BBC-yə “Çelsi” – “Mançester Yunayted” qarşılaşmasından sonra “zadəganlar”ın baş məqşçisi Joze Mourinyo açıqlayıb.

 

 

Təcrübəli mütəxəssisin fikrincə, “Mançester Yunayted”i məğlub edən “Çelsi” çempionluq yolunda önəmli addım atıb. İrəlidə hələ 6 həftənin qaldığını deyən Mourinyo istənilən oyunun çətinlik yarada biləcəyini dilə gətirib: “Matçların hamısı gərgin keçir, çünki hər komandanın xala ehtiyacı var. Lakin indiki halda, bizim vəziyyətimiz çox yaxşıdı”.

 

“Mançester Yunayted”lə qarşılaşmaya xüsusi hazırlaşdıqlarını etiraf edən portuqaliyalı çalışdırıcı düşündüklərindən daha asan oyunun keçdiyini sözlərinə əlavə edib: “Bu matç fikirləşdiyimiz dərəcədə gərgin alınmadı. Əsas məsələ, cinahdakı futbolçuların, Fellaininin oyununu nəzarət altına keçirdik. Qapımıza zərbələr endirmələrinə imkan vermədik”.

 

Qeyd edək ki, son turda İngiltərə Premyer Liqasının lideri “Çelsi” prinsipial qarşılaşmada “Mançester Yunayted”ə qalib gələrək, çempionluq yolunda mühüm addım atdı.

 

0