[b]Mahir Şükürovun sabiq komandasında istefa [/b]
20.04.2015 - 00:47
[b]Mahir Şükürovun sabiq komandasında istefa [/b]

“Karşıyaka”da baş məşqçi istefa qərarı verib. Apasport saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, PTT I liqasında “Altınordu”ya 5:0-lıq məğlubiyyətin ardından komandanın çalışdırıcısı Ayhan Akman vəzifəsindən uzaqlaşıb.  

 

Bir müddət öncə aralarındakı gərginlikdən sonra “Karşıyaka”dan həmyerlimiz Mahir Şükürov ayrılmışdı. Belə ki, millimizin futbolçusu klubla müqaviləsini birtərəfli şəkildə pozmuşdu. Şükürov komandadan ayrılmasını ona verilməli olan maaşın gecikdirilməsi ilə əlaqələndirmişdi.     

 

“Karşıyaka” isə mövsümün bitməsinə 6 həftə qalmış turnir cədvəlinin 8-ci pilləsində yer tutub. 

0