[b] Maqnus Karlsen: Əvvəlcədən hazırladığım taktika deyildi[/b]
21.04.2015 - 20:15
[b] Maqnus Karlsen: Əvvəlcədən hazırladığım taktika deyildi[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində 5-ci turun görüşləri davam edir. Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın 5-ci turunda dünya çempionu Maqnus Karlsen Fransa təmsilçisi Maksim Vaşye-Laqrava qalib gələrək liderliyə yüksəlib. Norveçli şahmatçı qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb: "Nəzəri gedişlərdən uzaq görüş oldu. Qələbə layiqlidir. 4-cü gedişdə debütdən çıxaraq rahat oynamağa başladım. Əvvəlcədən hazırladığım taktika deyildi. Rəqib imkan verdiyi qədər təzyiq oldu. Çox sevinirəm ki, liderliyə yüksəldim. Bu yarışın sonu deyil. Qarşıda biz istirahət günü, sonra isə 4 tur gözləyir".
 

Fransız Maksim Vaşye-Laqrav təhlükəni hiss etmədiyini və Karlsenin çox ağıllı oynadığını deyib: "Partiyanın əvvəlində təhlükə hiss olunmurdu. Maqnus çox ağıllı oynadı və sonda qalib gəldi. Düzünü desəm məğlub olmaq çox pisdir. Turnirdəki vəziyyətim yaxşı deyil. Son turlardakı nəticədən asılı olmayaraq yüksək yerlər uğrunda yarışmaq imkanım yoxdur. Amma sona qədər mübarizə aparacam. Şəmkirdə zəif rəqib yoxdu, buna görə qələbə qazanmaq çətindi".

0