“Real”ın futbolçusuna irad: O nə qol sevinci idi?
23.04.2015 - 14:53
“Real”ın futbolçusuna irad: O nə qol sevinci idi?

“Dünənki oyunda Xavyer Ernandesin qol sevinci xoşuma gəlmədi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Fransa yığmasının sabiq üzvü Tyerri Anri deyib.

 

Çempionlar Liqasının ¼ final mərhələsinin “Real” və “Atletiko” arasında keçirilən cavab matçını (1:0) dəyərləndirən Anri narazılığını dilə gətirib. O, qələbə qolunun müəllifi Xavyer Ernandesin sevincini tək bölüşməsinə irad tutub: “Ernandes elə bil dünya çempionatının finalında qol vurmuşdu. Niyə sevincini komanda yoldaşları ilə bölüşmədi? O nə qol sevinci idi? Belə etmək olmaz. Bu qol Kriştianu Ronaldonun idi. Çünki qolu təşkil edən məhz o oldu. Xavyerin özünü aparmasını heç bəyənmədim. Matç ərzində özü cəmi 2 dəfə qol imkanı əldə etdi. Onlardan da heç birini dəyərləndirə bilmədi”.

 

Qeyd edək ki, iki oyunun nəticəsinə görə üstün olan “Real” adını yarımfinala yazdırıb.  

0