[b]Rauf Məmmədov: Anandla heç-heçə pis nəticə deyil[/b]
23.04.2015 - 18:14
[b]Rauf Məmmədov: Anandla heç-heçə pis nəticə deyil[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində VI turun görüşləri davam edir. Synergy Group tərəfindən təşkil edilən yarışın hesabat turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov sabiq dünya çempionu Vişvanatan Anandla heç-heçə oynayıb.

 

Məmmədov nəticədən razı qaldığını bildirib: "Ağlarla oynamağıma baxmayaraq Ananda qarşı mübarizə aparmaq hər zaman çətindir. Müdafiədə etibarlı çıxış etməyə çalışdım. Belə turnirdə səhvlər bağışlanmır. Fikrimcə Anandla heç-heçə pis nəticə deyil".
 

Sabiq dünya çempionu Vişvanatan Anand əvvəlcə partiyadan, sonra isə istirahət günündə futbol oynamamağından danışıb: "Partiya maraqlı alınmadı. Sönük keçdi. Risk etməyə ehtiyac görmürdüm. Fiqurları dəyişəndən sonra belə üstünlük əldə etmədim. Məmmədov yaxşı müdafiə olundu. Ümumilikdə normal oyun getdi. İrəliləmək imkanı az idi. Bu mənada nəticə oyuna görə oldu.
 

İstirahət gününə gəlincə yaxşı dincəldim. Uşaqlara seansda iştirak etdim. Futbol oyununda olmadım. Sonradan öyrənəndə ki, dünya şahmat yığması 1:7 hesabıyla uduzub futbola getmədiyimə görə sevindim. Yaxşı ki, həmin matçda iştirak etməmişəm".
Qeyd edək ki, futbol turnirində Maqnus Karlsenin iştirak etdiyi dünya şahmat yığması Shamkir Capital Group-a 1:7 hesabıyla uduzub.

0