"Beşiktaş"ın baş məşqçisi bu dəfə ingilislərin hədəfində
23.04.2015 - 20:12
"Beşiktaş"ın baş məşqçisi bu dəfə ingilislərin hədəfində

“Beşiktaş”ın baş məşqçisi Slaven Biliçə İngiltərə klubundan təklif alıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa komandalarından “Vest Hem” xorvatiyalı mütəxəssisi komandaya cəlb etməyi düşünür.

 

Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, Biliçə təklif olunan məbləğ 3,5 milyon avrodu. Bir neçə məşqçini ilə yoluna davam etmək istəyən “Vest Hem” xorvatiyalı ilə hədəflərinə çatacağına inanır.   

 

Qeyd edək ki, Slaven Biliç “Beşiktaş”a 2013-cü ilin yayında keçmiş və 2 illik müqavilə imzalamışdı.

0