[b]Şəhriyar Məmmədyarov: So bizə başağrısı olub[/b]
23.04.2015 - 20:26
[b]Şəhriyar Məmmədyarov: So bizə başağrısı olub[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində VI turun görüşləri sona yaxınlaşır. Hesabat turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə heç-heçə oynayıb.

 

Qara fiqurlarla mübarizə aparan Şəhriyar partiyadan sonra mətbuat konfransında suallara cavab verib: "Uesli Soya qarşı mübarizə aparmaq asan deyil. So çoxlarına tanış olmayan şahmatçıdır. Son bir il ərzində yüksək oyun göstərməklə reytinqini artırıb. Sonun oyunu hamıya bəlli deyil. Bu mənada onun oyunu turnirin kəşfidir. Lider olacağını gözləmirdik. Qısa zamanda özünü doğrultmaqla bizə başağrısı olub. Qara fiqurlarla heç-heçə oynamaq yaxşı nəticədir."
 


Əslən Fillipindən olan Uesli So nəticədən razı qaldığını deyib: "Vişvanatan Ananda qarşı partiyanı tez unutmaq istəyirəm. Xoşagəlməz anlarla yadda qaldı. Elə məğlubiyyətlə adama təsir edir. Bu gün Şəhriyara qarşı çətin oyun oldu. Yaxşı şahmatçıdır. Sona qədər risk etməyi sevir. Heç-heçədən razıyam. Çünki, rəqib rahat oynamağa imkan vermədi. Son 3 turda qələbə qazanmağa çalışacam. Turnirin qalibi olmağa şansım az da olsa var. Ona görə mübarizə aparmaq lazımdır". 

0