Ulduz futbolçu daha 5 il "Liverpul"da...
23.04.2015 - 20:55
Ulduz futbolçu daha 5 il "Liverpul"da...

Cordan Henderson komandası ilə olan müqaviləsini uzadıb. Apasport.az saytının məlumatına görə, ingilis yarımmüdafiəçisi daha 5 il “Liverpul”da top qovacaq.

 

Klubun rəsmi internet səhifəsində yer alan xəbərə əsasən, 24 yaşlı futbolçu karyerasını “Liverpul”da davam etdirməkdən məmnundu: “Bir neçə vaxt idi ki, görüşlər keçirirdim. Burada daha 5 il oynamaq mənə görə əla xəbərdi. Artıq yeni kuboklar qazanmağın zamanı yetişib və bunun üçün mücadilə edəcəm”.

 

Qeyd edək ki, Henderson bu mövsüm “Liverpul” formasıyla 48 maçtda 7 qol ve 14 məhsuldar ötürmə ilə yadda qalıb. Artıq yeni sazişə görə, o, həftəsinə 100 min funt-sterlinq qazanacaq.

 

0