[b]“Qəbələ” və “Neftçi” qisas ala biləcəkmi?[/b]
24.04.2015 - 10:17
[b]“Qəbələ” və “Neftçi” qisas ala biləcəkmi?[/b]

Sabah Topaz Premyer Liqasında XXXI turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq tura paytaxtdan kənarda keçiriləcək qarşılaşmalarla start veriləcək.

 

Ardıcıl 7 qələbə qazanıb, mövsümün rekorduna imza atan “Qəbələ” səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Son 3 ev oyununda uduzmayan cənub təmsilçisi iddialı rəqibini də büdrətməyə çalışacaq. “Qırmızı-qaralar” isə II dövrədəki 0:3 hesablı məğlubiyyətin də qisasını almaq əzmindədi. İlk “üçlüy”ə düşmək arzusunda olan Roman Qriqorçukun yetirmələri istəyini gerçəkləşdirmək üçün bu dəfə də səfərdən maksimum nəticə ilə ayrılmalıdı.

 

Autsayderlər qrupunda qərarlaşan “Sumqayıt” isə “Simurq”u sınağa çəkəcək. Son 3 matçda xala həsrət qalan Zaqatala təmsilçisi üçün qələbə çox vacibdi. Georgi Çixradzenin yetirmələri xal itirsə, onsuz da çox aşağı dəyərləndirilən avrokubok şanslarına daha böyük zərbə alacaq. Sumqayıtlılar isə 13 matçdan ibarət qələbə həsrətini qırmaq üçün mübarizə aparacaq.

 

Paytaxt derbisində “İnter”lə AZAL üz-üzə gələcək. Çempionluğa nəzəri şanslarını qoruyan Kaxaber Sxadadzenin yetirmələri meydana ardıcıl 3-cü qələbəsini qazanmaq üçün çıxacaq. Cari mövsümün AZAL-la hər oyununda 1 qol vuran “bankirlər”in rəqibi isə uğursuz seriyanı qırmaq niyyətindədi. Belə ki, “təyyarəçilər” 4 matçdı qələbə həsrətindədi.

 

Tura ilk “üçlük”də qərarlaşan “Qarabağ”la “Neftçi” arasında qarşılaşma ilə yekun vurulacaq. İyunun 3-də keçiriləcək Azərbaycan kubokunun finalında da qarşılaşacaq rəqiblər cari mövsümdə 4-cü dəfə üz-üzə gələcək. Hər iki komanda ev oyunlarını “Bakcell Arena”da keçirdiyindən günün mərkəzi qarşılaşması da bu stadionda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunun Avropa Oyunlarını qəbul edəcəyi üçün bu arenaya “köçən” Qurban Qurbanovun yetirmələri iki mövsümdü “Neftçi”yə məğlub olmur. Çempionluğun bir addımlığında olan “Qarabağ” bu dəfə də görüşün favoriti sayılır. Son iki qarşılaşmada xal itirməyən liderdən fərqli, bakılılar 2 matçdı xal qazana bilmir.

 

XXXI tur
25 aprel (şənbə)


 

17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev

“Xəzər Lənkəran” mərkəzi stadionu
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3



17:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov

İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1

“Kapital Bank Arena”

 

18:00. “İnter” – AZAL
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov

“İnter Arena”

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1

 

 

19:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev

İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0

“Bakcell Arena”


 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

27

18

6

3

44-22

60

2

 İnter

26

13

11

2

42-13

50

3

 Neftçi

27

13

7

7

33-22

46

4

 Qəbələ

27

12

7

8

37-33

43

5

 Simurq  

27

10

5

12

35-30

35

6

 AZAL 

27

8

8

11

29-38

32

7

 Xəzər L 

26

7

6

13

32-40

27

8

 Sumqayıt

26

4

9

13

24-37

21

9

 Bakı

27

2

8

17

17-58

13

 

Bombardir: Nurlan Novruzov ("Bakı") - 13 qol

0