Azərbaycan kubokunda finalın püşkü atıldı - FOTO
24.04.2015 - 12:08
Azərbaycan kubokunda finalın püşkü atıldı   - FOTO

Azərbaycan Kuboku uğrunda final görüşünün nominal meydan sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna klub nümayəndələrinin iştirakı ilə keçirilən püşkdə aydınlıq gəlib.

 

Qəbələ şəhər stadionunda baş tutacaq final oyununda “Qarabağ” meydan sahibi, “Neftçi” isə qonaq qismində iştirak edəcək. Bu qarşılaşma iyunun 3-də baş tutacaq.

 

Ölkə kubokunun başlama vaxtı də dəqiqləşib. “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.

 

0