[b]“Oğuz Çətini komandadan göndərdiyim üçün peşman olmuşam”[/b] - FOTO
24.04.2015 - 12:21
[b]“Oğuz Çətini komandadan göndərdiyim üçün peşman olmuşam”[/b] - FOTO

“Fənərbaxça” klubunun keçmiş prezidenti Ali Şən televiziya proqramlarından birinə verdiyi maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bir sıra mövzular barəsində fikirlərini bildirən keçmiş prezidentin ən çox diqqət çəkən sözləri əfsanəvi futbolçular - Oğuz Çətin və Aykut Kocaman haqqında olub.

 

Belə ki, məhz onun rəhbərliyi dövründə  - 1996-cı ildə komandadan göndərilən bu iki futbolçu haqqında danışan keçmiş prezident peşman olduğunu dilə gətirib: “Müəyyən səbəblər var, ancaq istənilən halda, yaxşı hərəkət deyildi. Hər ikisinə qarşı səhv elədim. Demək olar ki, peşman olmuşam”.  

 

Şən bundan əlavə, hər iki futbol mütəxəssislə keçən il görüşdüyünü və onlardan üzr istədiyini vurğulayıb.

 

Xatırladaq ki, hər iki futbolçu o vaxt “Fənərbaxça”dan ayrıldıqdan sonra “İstanbulspor”a üz tutmuşdu.

 

Hazırda Türkiyə telekanallarının birində şərhçilik edən Oğuz Çətin ötən il “Xəzər Lənkəran” klubunda əvvəl baş məşqçi Mustafa Dənizlinin köməkçisi, sonra isə baş məşqçi olub.

0