Çex Fransaya köçür
24.04.2015 - 12:54
Çex Fransaya köçür

“Çelsi”nin qapıçısı Petr Çex İngiltərəni tərk etməyə hazırlaşır. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, çexiyalı qolkiper PSJ-nin maraq dairəsindədi.

 

İngiltərənin bir neçə klubunun təklifini qəbul etməyən Çex Fransaya köçməyə müsbət baxır. Paris təmsilçisi bu keçid üçün ingilislərə 10 milyon avro təklif edib. “Çelsi” rəhbərliyi də Tibo Kurtuanın gəlişindən sonra ehtiyatda qalan Çexin gedişinə qarşı deyil.

 

Qeyd edək ki, Petr Çex 2004-cü ildən “Çelsi”nin formasını geyinir.

0