Bakı-2015: [b]Polşada təqdimat[/b] - FOTOSESSİYA
24.04.2015 - 14:40
Bakı-2015: [b]Polşada təqdimat[/b] - FOTOSESSİYA

Aprelin 21-24-də Polşada Bakı-2015 Avropa Oyunlarına həsr edilən silsilə tədbirlər keçirilib. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı-2015 I Avropa Oyunları nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.

 

Belə ki, Polşa Olimpiya Komitəsində (POK) Bakı-2015-ə həsr olunan xüsusi təqdimatı baş tutub. Tədbirə POK-un prezidenti, Polşanın idman və turizm naziri, Polşa prezident administrasiyanın rəhbəri, Polşanın İdman Birliklərinin və dövlət qurumlarının nümayəndələri, onlarla mətbuat orqanları qatılıb.

 

Bu gün, həmçinin Polşa Olimpiya Komitəsinin Baş Assambleyasının illik yığıncağı keçirilib. Hər iki tədbirdə Hüseynzadə və Nurullayeva Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı təqdimatla çıxış ediblər. Həsənov isə Polşa-Azərbaycan münasibətlərinin tarixi köklərinə toxunub və I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb.

 

Polşada ilk Avropa Oyunları ilə bağlı müxtəlif qurumlarda keçirilən görüşlərdə təqdimatla yanaşı, Bakı-2015-lə bağlı yerli dildə hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib və təbliğat materialları paylanılıb.

 

Tədbirlər silsiləsində “Olimpiyski” jurnalının növbəti buraxılışının təqdimat mərasimi olub. Bu buraxılış “Debütdən əvvəl” adı altında nəşr edilərək, Bakı 2015 Avropa Oyunlarına həsr edilib.

 

Həmçinin, tədbir çərçivəsində Çingiz Hüseynzadə Polşanın “Olimpiyski” jurnalına, Mətbuat Agentliyinə, 1-ci və 4-cü Radio proqramına, TV Polsat kanalına, Radio Məlumat Agentliyinə, “İdman İcmalı” qəzetinə və Polşa Voleybol Birliyinin İnternet səhifəsinə müsahibə verib. 

0