AFFA avrokuboklarla bağlı qərarının vaxtını açıqladı
24.04.2015 - 16:00
AFFA avrokuboklarla bağlı qərarının vaxtını açıqladı

Bu gün AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda komissiya üzvləri və Lisenziyalaşdırma Qrupunun əməkdaşları arasında müzakirələr aparılıb.

 

Tədbir iştirakçıları lisenziyalaşdırma qaydalarında ötən mövsümə nisbətən baş vermiş dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıb. Həmçinin qrupun mövsüm ərzindəki fəaliyyəti ilə bağlı hazırlanmış hesabatı dinlənilib.

 

Lisenziya Komissiyasının üzvləri növbəti mövsümdə UEFA və Premyer Liqa yarışlarında iştirak etməklə bağlı müraciət etmiş klublar tərəfindən təqdim olunmuş sənədlərə ilkin baxış keçirib. Bu zaman sənədlərdə aşkarlanmış çatışmazlıqlar müzakirə olunub və müvafiq qərarlar çıxarılaraq iclasdan sonra klublara göndərilib.

 

Komissiyanın növbəti iclasının mayın 15-də keçiriləcək. Yığıncaqda 2015/16 mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etməklə bağlı müraciət edən klublara lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar qəbul olunacaq.

 

 

0