Lempard və Cerrardın son mükafatı
24.04.2015 - 17:52
Lempard və Cerrardın son mükafatı

İngiltərənin əfsanəvi futbolçuları Stiven Cerrard və Frank Lempard mükafat əldə ediblər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, hər iki oyunçu Premyer Liqanın xüsusi mükafatına layiq görülüb.

 

Yerli futbol federasiyası 36 yaşlı Lempard və 34 yaşlı Cerrardın xidmətlərini nəzərə alıb, bunu qiymətləndirmək qərarına gəlib. Bununla da Premyer Liqada son mövsümünü keçirən ulduz oyunçular mükafatla yola salınırlar.

 

Qeyd edək ki, Cerrardla Lempard ümumilikdə karyeraları ərzində 19 titul qazanıblar ki, onların arasında Çempionlar Liqası və Avropa Liqası çempionluğu da var. Maraqlıdı ki, bu nailiyyətlərə onlar bir klubda imza atıblar. Cerrard “Liverpul”un, Lempard isə “Çelsi”nin əfsanəsi sayılır.

0