Rail Məlikov oynamadı, komandası qələbə qazandı
25.04.2015 - 09:10
Rail Məlikov oynamadı, komandası qələbə qazandı

Türkiyənin PTT I Liqasında XXVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq üzvü Rail Məlikovun komandası “Dənizlispor” turu qələbə ilə başa çatdırıb.

 

Digər həmyerlimiz Mahir Şükürovun keçmiş komandası “Karşıyaka” ilə qarşılaşan Dənizli təmsilçisi 2:0 hesablı qalibiyyətə sevinib.

 

“18-lik”də olan Rail Məlikov matçı ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, 28 turdan sonra 24 xal toplayan “Dənizlispor” turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Aktivində 42 xal olan “Karşıyaka” isə 8-cidi. 

0