“Mançester Yunayted” türk əsilli futbolçu ilə müqavilə bağlayacaq
25.04.2015 - 10:00
“Mançester Yunayted” türk əsilli futbolçu ilə müqavilə bağlayacaq

Dortmund “Borussiya”sının yarımüdafiəçisi İlkay Gündoğan “Mançester Yunayted”ə keçməyə çox yaxındı. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, türk əsilli futbolçunun bu günlərdə “mankunianlar”la müqavilə imzalayacağı gözlənilir.

 

Bu keçidə görə ingilislər 30 milyon avro xərcləyəcəklər. İlkayın özü də “Borussiya”dan ayrılmaq üzrə olduğunu inkar etməyib.

 

Qeyd edək ki, 2011-ci ildən “Borussiya”nın formasını geyinən Gündoğan hazırkı komandasının heyətində ümumilikdə 110 oyunda 13 qola imza atıb.  

0