“Barselona”nın üzvünə "Mançester Siti”dən təklif
25.04.2015 - 10:33
“Barselona”nın üzvünə "Mançester Siti”dən təklif

“Mançester Siti” klubu yayda heyətinə yeni futbolçular qatmağı planlaşdırır. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in maraq göstərdiyi oyunçuların sırasında “Barselona”nın müdafiəçisi Xordi Alba da var.

 

İngilislər İspaniya yığmasının üzvünü nəyin bahasına olursa-olsun, transfer etməyi düşünürlər. Artıq qarşı tərəflə danışıqlara start verilib. Ancaq kataloniyalıların Albanı satacaqları inandırıcı görünmür.

 

Qeyd edək ki, 2012-ci ildən “Barselona”nın uğurları üçün çalışan Alba cari mövsümdə ümumilikdə 37 oyunda 2 qol vurub. 

0