“Real” transferə çıxardığı futbolçunun qiymətini açıqladı
25.04.2015 - 11:26
“Real” transferə çıxardığı futbolçunun qiymətini açıqladı

Madrid “Real”ı mövsümün sonunda bir futbolçu ilə yolları ayırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, söhbət Asyer İlyarramendidən gedir.

 

“Kral klubu”nun 2013-cü ildə “Real Sosyedad”dan transfer etdiyi İlyarramendi ümidləri doğrulda bilmədi. Təsadüfi deyil ki, 25 yaşlı yarımmüdafiəçi əsas heyətə düşməkdə çətinlik çəkir.

 

Bunu nəzərə alan “Real” İlyarramendini satmaq fikrinə düşüb. Futbolçunun transfer qiyməti də artıq açıqlanıb. 32 milyon funt-sterlinq ödəyən klub İlyarramendini heyətinə qata bilər.

 

Sözügedən xavbeklə “Arsenal” və “Liverpul” klubları yaxından maraqlanırlar. 

0