Çex PSJ-yə keçə bilər
25.04.2015 - 16:23
Çex PSJ-yə keçə bilər

PSJ yay “transfer pəncərəsi”ndə heyətini bir qədər də gücləndirmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, Paris klubu “Çelsi”nin təcrübəli qapıçısı Petr Çexə “elçi düşüb”.

 

Fransızlar 33 yaşlı qolkiperlə danışığa başlayıblar. “Çelsi”nin əsas heyətinə nadir hallarda düşən Çex mövsümün sonunda klubunu dəyişməyin əleyhinə deyil. Bu mənada, təcrübəli çərçivə qoruyucusunun PSJ-yə keçəcəyi inandırıcı görünür.

 

Qeyd edək ki, Çexiya yığmasında 112 oyun keçirmiş Çex 2004-cü ildən “Çelsi”nin formasını geyinir. 

0