[b]Qurban Qurbanov: Həm “Neftçi”, həm də bizim üçün ağır oyun idi[/b]
25.04.2015 - 20:39
[b]Qurban Qurbanov: Həm “Neftçi”, həm də bizim üçün ağır oyun idi[/b]

Topaz Premyer Liqasının XXXI turunun mərkəzi oyunu “Bakcell Arena”da keçirildi. Apasport. az saytı xəbər verir ki, bu görüşdə “Qarabağ” “Neftçi”ni 3:2 hesabı ilə məğlub etdi.

 

Oyundan sonra keçirilən mətbuat konfransında hər iki tərəfin çalışdırıcısı maraqlı məqamlara toxunub: 

 

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, hər birimiz üçün maraqlı bir oyun oldu. Stadionda necə əhval-ruhiyyə vardısa, görüş də elə alındı. Ağır bir qrafikdə oynayırıq. Həm “Neftçi”, həm də bizim üçün ağır oyun idi. Düşünürəm ki, bu qrafiklə uğurlu qarşılaşmalar sərgilədik. Həm kubokun finalına vəsiqə əldə etdik, həm də çempionatda ardıcıl qələbələr qazandıq. Rəqib yaxşı oyun sərgilədi. Düşünürəm ki, azarkeşlər bu gün oyuna rəng qatdılar. Stadionda həm həm yaşlı, həm də gənc insanlar vardı. Bu gün keçirilən oyun gələcəkdə azarkeşlərin stadionlara gəlməsi üçün bir vasitə olacaq”.

 


Arif Əsədov (“Neftçi”nin baş məşqçisi):“Maraqlı bir oyun izlədik. Oyunda 5 qol vuruldu. Əvvəlcə “Qarabağ” iki qol vursa da, sonradan biz toparlanıb, iki qol vurduq və hesabı bərabərləşdirdik. Daha sonra “Qarabağ” bir qol vurmağı da bacardı. Ardıcıl görüşlərdə fərdi səhvlərdən qollar buraxırıq. Bunu araşdırmaq lazımdı. Amma ümumilikdə götürsək, komandam yaxşı oyun sərgilədi”. 

 

Mənbə: PFL

 

0