Vaqif Cavadovdan üçüncü qol - VİDEO
25.04.2015 - 23:06
Vaqif Cavadovdan üçüncü qol  - VİDEO

Türkiyə PTT I liqasında XXIX turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti matçına çıxıb.


Həmyerlimizin komandası öz meydanında digər azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Məhərrəmovun ehtiyatda qaldığı görüşdə Cavadov meydana sonradan çıxıb və 90+5-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.


Qeyd edək ki, "Boluspor" 35 xalla 12-ci, "Adanaspor" isə 35 xalla 14-cü pillədə qərarlaşıb.

 

0