Premyer Liqaya çıxdıqlarını bilib, belə sevindilər- [b]VİDEO[/b]
26.04.2015 - 00:29
Premyer Liqaya çıxdıqlarını bilib, belə sevindilər- [b]VİDEO[/b]

İngiltərə Premyer Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Uotford” öz istəyinə çatıb. Apasport. az saytının məlumatına görə, komandanın yuxarı liqaya çıxması “Fulhem” – “Midlsbro” matçından asılı olub.

 

Belə ki, cari turda səfərdə qələbəyə sevinən “Uotford”un vaxtın əvvəl əsas liqaya yüksəlməsi “Midlsbro”nun qonaq meydanında “Fulhem”ə uduzmasından keçirdi. 90-ci dəqiqəyə qədər 3:3-lük heç-heçədən sonra, azarkeşlər qarşılaşmanın elə bu hesabla bitəcəyini düşünüb. Lakin ev sahibi 4-cü qolu bu fikirləri alt-üst edib.

 

Səfərdən qayıdan “Uotford” futbolçuları bu xəbəri avtobusda öyrəniblər. 

 

 

 

0