İkinci çempionluq
04.05.2015 - 08:09
İkinci çempionluq

Macarıstan çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Videoton” klubu çempionatın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

 

Səfərdə “Debretsen”i 2:1 hesabı ilə məğlub edən Sekeşfehervar təmsilçisi izləyiciləri üçün əlçatmaz olub. Buna “Ferensvaroş”un “Peş”lə görüşdə xal itirməsi səbəb olub – 2:2.

 

67 xala malik “Videoton” 2-ci pillədə qərarlaşan “Ferensvaroş”dan 12 xal öndə olduğundan çempionluğu təmin edib. Bununla da sekeşfehervarlılar Çempionlar Liqasının II təsnifat mərhələsində oynamaq hüququ qazanıblar.

 

Qeyd edək ki, “Videoton” tarixində 2-ci dəfə çempion olub. Komandanın ilk uğuru 2010/11 mövsümünə təsadüf etmişdi.

0