Yığmamız gerilədi
04.05.2015 - 08:53
Yığmamız gerilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ötən siyahı ilə müqayisədə mövqeyini dəyişib.

 

Belə ki, komandamız 1 pillə geriləyib. Ötən həftə dünyanın 13-cü komandası olan yığmamız artıq 14-cü pillədə qərarlaşıb.

 

Geriləməyə səbəb millimizin hesabındakı xalların azalmasıdı. Əvvəl 1366 xala malik olan komandamız 12 xal itirdiyindən bu rəqəm 1354-ə enib. Bu azalma isə Sloveniyanın millimizi keçməsi ilə nəticələnib.

 

Planetin ən güclü 20 komandası arasında yeganə dəyişiklik də məhz Sloveniyanın yığmamızı keçməsi olub. Komandamız Avropa təmsilçiləri arasında da 8-ci pilləyə düşüb.

 

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb – 1746 xal.

 

Dünyanın ən güclü 20 millisi

1. İspaniya - 1922

2. Braziliya - 1910

3. Rusiya – 1746

4. İtaliya - 1721

5. Argentina – 1679

6. İran - 1611

7. Portuqaliya - 1596

8. Ukrayna – 1494

9. Kolumbiya - 1415

10. Çexiya - 1412

11. Yaponiya – 1401

12. Paraqvay - 1384

13. Sloveniya – 1360

14. AZƏRBAYCAN – 1354

15. Xorvatiya - 1340

16. Rumıniya - 1335

17. Serbiya - 1318

18. Tailand - 1295

19. Özbəkistan - 1269

20. Qazaxıstan - 1260

 

0