[b]“Qarabağ” üçün 13 mümkün rəqib[/b]
04.05.2015 - 09:00
[b]“Qarabağ” üçün 13 mümkün rəqib[/b]

Çempionlar Liqasının 2015/16 mövsümünün iştirakçılarından 36-sı məlumdu. Apasport.az saytının xəbərinə görə, yeni mövsümdə qitənin ən nüfuzlu klub turnirinə qatılacaq klublardan 7-nin qrup mərhələsində iştirakı dəqiqləşib.

 

Daha 8 klub qrupda oynamağa yaxındı. Lakin onların milli çempionatın finişindəki çıxışı həlledici xarakter daşıyır. Çünki bu komandaların qrupla yanaşı, təsnifat mərhələsində oynamaq ehtimalı da var.

 

2 komanda isə III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

 

Azərbaycan çempionunun da yarışa qatılacağı II təsnifat mərhələsinin 13 iştirakçısı bəllidi. Bu komandalar təmsilçimiz  - böyük ehtimalla "Qarabağ" üçün potensial rəqib sayılır. Lakin çempionların tam siyahısı bilinəndən sonra bu mərhələnin iştirakçıları səbətlərə bölünəndə potensial rəqiblərin sayı azalacaq. Ən zəif 8 çempionun oynayacağı I təsnifat mərhələsinin 6 iştirakçısı müəyyənləşib. Onlar da ilk raundu adlayacağı halda, Azərbaycan çempionuna rəqib ola bilər.

 

Çempionlar Liqasının 2015/16 mövsümünün iştirakçıları

 

Qrup mərhələsi: “Bavariya” (Almaniya), “Olimpiakos” (Yunsnıatan), PSV (Hollandiya), “Barselona”, “Real” (hər ikisi İspaniya), “Çelsi” (İngiltərə), “Yuventus”  (İtaliya)

 

III təsnifat mərhələsi: “Bazel” (İsveçrə), “Ayaks” (Hollandiya)

 

II təsnifat mərhələsi: BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Vodeoton” (Macarıstan)

 

I təsnifat mərhələsi: TNS (Uels), “Kruzadesr” (Şimali İrlandiya), “Levadiya” (Estoniya), B-36 (Farer adaları), “Santa Koloma” (Andorra), “Linkoln” (Cəbəllürariq)

 

Qrup mərhələsi və ya təsnifat mərhələsində oynayacağı dəqiqləşməyənlər: “Volfsburq”, “Bayer”, “Borussiya” M (hamısı Almaniya), “Benfika”, “Porto”, “Sportinq” (hamısı Portuqaliya), PSJ, “Lion” (hər ikisi Fransa)

 

0