Aqolli ilə Qurbanov üçün “qırmızı işıq”
04.05.2015 - 11:35
Aqolli ilə Qurbanov üçün “qırmızı işıq”

 

Topaz Premyer Liqasının XXXII turu 4 futbolçunun cəzalanmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, onlardan ikisi qırmızı, ikisi isə sarı vərəqə üzündən növbəti matçı buraxacaq.

 

“Neftçi” “İnter”lə matçda Nikolas Kanalesin, “Bakı” isə AZAL-la görüşdə Qeyrət Əliyevin xidmətindən məhrumdu. Buna həmin futbolçuların arxada qalan turda meydandan qovulmaları səbəb olub.

 

“Qarabağ” isə “Xəzər Lənkəran”la səfər matçını Ansi Aqollisiz keçirəcək. Albaniyalı mövsümdə 4-cü dəfə sarı vərəqə aldığından cəzalı duruma düşüb. “Sumqayıt”ın ən yaxşı bombardiri Məhəmməd Qurbanov da eyni səbəbdən “Qəbələ”yə qarşı oynamayacaq.

0