Pirlo və arzuların kulminasiya nöqtəsi
04.05.2015 - 15:43
Pirlo və arzuların kulminasiya nöqtəsi

“Finala çıxmaq bizim üçün əla nəticə olardı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Yuventus”un futbolçusu Andrea Pirlo deyib.

 

Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la keçiriləcək oyunları dəyərləndirən təcrübəli yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib. O, ÇL-in qalibi olacaqlarına inandığını bildirib: “İlk növbədə, “Real” səddini keçmək lazımdı. Heç bir rəqibdən çəkinmirik. “Yuventus”dakı karyeramın sonlarında Çempionlar Liqası kubokunu qaldırmaq arzuların kulminasiya nöqtəsi olardı. Hələ ki, karyeramı bitirmək barədə düşünmürəm. Nə qədər ki, gücüm və həvəsim var, futbol oynayacam”.

 

Qeyd edək ki, karyerası ərzində “İnter” və “Milan” klublarının da formasını geyinmiş Pirlo 2011-ci ildən “Yuventus”da çıxış edir. 

0