Yığmamızın sabiq futbolçusu Türkiyədə qol vurdu
05.05.2015 - 08:09
Yığmamızın sabiq futbolçusu Türkiyədə qol vurdu

Türkiyə çempionatının I liqasında Azərbaycan millisinin sabiq futbolçularının dueli baş tutub. Apasport.az saytının məlumatına görə, XXXI tur çərçivəsində keçirilən “Altınordu” – “Qaziantep BB” görüşündə yığmalarımızda oynamış 2 futbolçu iştirak edib.

 

Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi matçda Ufuk Budak və Timur Təməltaş meydana çıxıb. Start heyətində yer alan Budak 90 dəqiqə oynayıb və darmadağına üzülüb. 80-ci dəqiqədə meydana daxil olan Timur isə 2 dəqiqədən sonra meydan sahiblərinin 2-ci qolunu vurub.

 

Qeyd edək ki, 31 turdan sonra “Altınordu” 47 xalla 8-ci, qazianteplilər 40 xalla 14-cü pillədə qərarlaşıb.

 

0