“Barselona” – “Bavariya” matçının hakimi açıqlandı
05.05.2015 - 08:40
“Barselona” – “Bavariya” matçının hakimi açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin sabah keçiriləcək “Barselona” – “Bavariya” matçının hakimlər briqadası açıqlanıb. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandaların ilk dueli italiyalı Nikola Ritsoliyə tapşırılıb.

 

Ona həmyerliləri Elenito di Liberatore və Mauro Tonolini köməklik edəcək. Canluka Kariolato dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Luka Banti və Antonio Damato olacaqlar.

 

Qeyd edək ki, sabah “Nou Kamp”da keçiriləcək “Barselona” – “Bavariya” görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0