[b]Andrey Popoviç avrokuboklarda oynayan komandaya keçdi![/b]
05.05.2015 - 09:57
[b]Andrey Popoviç avrokuboklarda oynayan komandaya keçdi![/b]

“Qəbələ” mövsüm başa çatmamış ilk transferini reallaşdırıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, “Sumqayıt”ın qapıçısı Andrey Popoviç "qırmızı-qaralar"la anlaşıb.

 

Gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk həmyerlisini ixtiyarında görmək istəyirdi. Ukraynalı mütəxəssis üç cəbhədə mübarizə aparacaqlarını nəzərə alıb, 3 qapıçı ilə mövsümə başlamaq niyyətindədi.

 

Düzdü, “Sumqayıt” Popoviçi buraxmaq istəmirdi. Buna baxmayaraq, “gənclik şəhəri” komandasında qalmaq istəməyən milli komandamızın üzvü “Qəbələ” ilə 1 illik müqaviləyə artıq qol çəkib.

 

Komandanın bir nömrəli qolkiperi Dmitri Bezotosnı gələn mövsümdən mövqeyini qorumaq üçün Anar Nəzirovla yanaşı, Andrey Popoviçlə də rəqabət aparmalı olacaq.

 

Qeyd edək ki, Berti Foqtsun dönəmində tez-tez Azərbaycan millisinə dəvət alan Andrey Popoviç Robert Prosineçkinin gəlişindən sonra da yığmaya çağırılır.

 

Ruslan SADIQOV

0