[b]Kamran Ağayev “Kayserispor”dan ayrılıb, Bakıya qayıdır[/b]
05.05.2015 - 10:23
[b]Kamran Ağayev “Kayserispor”dan ayrılıb, Bakıya qayıdır[/b]

Milli komandanın qapıçısı Kamran Ağayev Türkiyənin “Kayserispor” klubunun düşərgəsini tərk edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, 29 yaşlı qolkiper bu gün Bakıya qayıdır.

 

Məşqdə barmağından zədə alan Ağayev son matçlarda komandasına kömək edə bilməyib.  Kamranın Azərbaycana qayıtmasının səbəbi də məhz zədə ilə bağlıdı. Klub rəhbərliyindən icazə alan həmyerlimiz müalicəsini Bakıda davam etdirməyi xahiş edib. “Kayserispor”un Superliqaya vəsiqəni təmin etdiyini nəzərə alan rəhbərlik Kamranın bu istəyinə qarşı çıxmayıb.

 

Qeyd edək ki, Kamran Ağayev bu ilin əvvəlindən “Kayserispor”un formasını geyinir. 

0