Yığmamızın məşqçiləri Almaniyada - FOTO
05.05.2015 - 10:30
Yığmamızın məşqçiləri Almaniyada   - FOTO

Azərbaycan milli komandalarının məşqçiləri Almaniyada təşkil olunan kurslara qatılıb. Apasport.az saytının məlumatına görə, tədbirdə əsas yığmada Robert Prosineçkinin köməkçilərindən olan Elxan Abdullayevlə U-21-in baş məşqçisi Yaşar Vahabzadə iştirak edir.

 

Almaniya Futbol İttifaqının (DFB) təşkil etdiyi kurslar Köln şəhərində keçirilir. Qurunun dəvəti ilə Almaniyaya yollanan Abdullayevlə Vahabzadənin qatıldığı kurslar mayın 10-da başa çatacaq.

 

Mənbə: affa.az

0