[b]“Simurq”un hücumçusu: “Qəbələ”dən təklif almışam[/b]
05.05.2015 - 10:47
[b]“Simurq”un hücumçusu: “Qəbələ”dən təklif almışam[/b]

“Qəbələ”dən təklif almışam. Ancaq öncə “Simurq” rəhbərliyi ilə danışıb, klubun növbəti mövsümlə bağlı hansı planlarının olduğunu öyrənəcəm. Qərarımı bundan sonra verəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un və millimizin üzvü Rəşad Eyyubov deyib.

 

Avrokuboka vəsiqəni təmin edən “Qəbələ” yayda heyətini bir qədər də gücləndirmək niyyətindədi. “Qırmızı-qaralar” Andrey Popoviçin transferi ilə kifayətlənmək fikrində deyillər.

 

“Qəbələ”dən təklif aldığını bildirən Rəşad başqa variantların olduğunu da əlavə edib: “Başqa təkliflər də var, amma qəti bir söz demirlər. Hələlik konkret təklif yalnız “Qəbələ”dən gəlib. “Qəbələ”də oynayacağım o vaxt dəqiqləşər ki, klubla müqavilə imzalayam. İndiki vəziyyətdə “Simurq”un futbolçusuyam. Yenə deyirəm ki, ilk növbədə, hazırkı klubumla danışıq aparacam”.

 

Qeyd edək ki, Rəşad Eyyubov millinin fevralda keçirilən Antalya toplanışına dəvət alsa da, Malta ilə rəsmi oyuna çağırılmamışdı. 

 

 

 

0