[b]“Simurq”dan ayrılan futbolçuların sayı 6-ya çatdı[/b]
05.05.2015 - 11:32
[b]“Simurq”dan ayrılan futbolçuların sayı 6-ya çatdı[/b]

“Simurq” əcnəbi futbolçuları ilə bir-bir yollarını ayırır. Klubun icraçı direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında 6-cı əcnəbi oyunçu ilə də vidalaşdıqlarını bildirib.

 

Son olaraq düşərgəni Marko Stanoyeviç tərk edib. Dörd aydı maaş almadığı üçün Azərbaycanda qalmağa ehtiyac duymayan 27 yaşlı yarımmüdafiəçi artıq ölkəsi Serbiyaya qayıdıb. Onun da komandadan ayrılan bəzi futbolçular kimi, FİFA-ya müraciət etməsi istisna deyil.

 

Qeyd edək ki, Stanoyeviçə qədər Benjamin Lambot, Əli Gökdəmir, Patrik Osiako, Stepan Polyak və Cihan Özkara “Simurq”la yollarını ayırmışdılar. Əcnəbilərdən Pavel Kapsa, Xuan Alberto, Adam Banaş, İdan Vaytsman və Draqan Çeran hələ də komanda ilə birgədilər. Ancaq onların da yavaş-yavaş ölkələrinə yollanması gözlənilir.

0