[b]Göydən düşən kubok[/b]:[b] PFL-dən yenilik [/b]
05.05.2015 - 11:36
[b]Göydən düşən kubok[/b]:[b] PFL-dən yenilik [/b]

 

Azərbaycan kubokunun iyunun 3-də keçiriləcək final oyunu ölkə futbolu tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, ilk dəfə Qəbələdə baş tutacaq həlledici qarşılaşma qeyri-adi yeniliklərlə zəngin olacaq.

 

Son illərin ənənəsinə sadiq qalan Peşəkar Futbol Liqası (PFL) bu dəfə də finalda əsl bayram ab-havası yaratmaq niyyətindədi. Azarkeşlərin “Qarabağ” – “Neftçi” matçında yaşayacaqlarını uzun zaman unudacağı da inandırıcı görünmür.

 

İlk növbədə ona görə ki, onlar ölkə futbolu tarixində görünməmiş hadisəyə şahid olacaq. Çünki Azərbaycan kuboku stadiona “göydən düşəcək”.

 

Belə ki, təşkilatçılar mükafatı Qəbələ şəhər stadionunun meydanına helikopterlə endirməyi məqsədəuyğun sayıb. Oyundan öncə arenaya enəcək helikopter “Qarabağ”la “Neftçi”nin arzusunda olduğu kuboku arenaya gətirəcək.

 

Avropada ulduz futbolçuların yeni klubunun stadiona helikopterlə enməsi adi hal olsa da, kubokun bu qaydada endirilməsi nadir hadisələrdən biridi. 2008-ci ildə Fransada dünya çempionluğunun qazanılmasının 10 illiyinə həsr olunan yoldaşlıq oyunu zamanı da kubok helikopterlə arenaya gətirilmişdi.

 

Lakin PFL-in final görüşünün tamaşaçılara yaşadacağı həyəcan təkcə helikopterdən ibarət deyil. Son illərdə finala azarkeşlər arasında lotereya ilə də rəng qatan təşkilatçıların bu dəfə də eyni addımı atacağı gözləniləndi. Avtomobilin, jurnalistlər üçün ayrı lotereyanın təşkil olunduğu finalların musiqili qonaqları da xatirələrdən silinməyib. Bakıda baş tutan son finallara əsasən, Qəbələdəki “siftə”nin də yaddaşlara həkk olunacağını indidən proqnozlaşdırmaq olar.

 

 

 

0