Millimizin sabiq məşqçisi 500 manat ziyana düşdü
05.05.2015 - 12:26
Millimizin sabiq məşqçisi 500 manat ziyana düşdü

Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımov cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi I divizionda çıxış edən “Şuşa Qarabağ”ın baş məşqçisinə 5 oyunluq cəza verib.

 

Buna Qasımovun “Qaradağ Lökbatan” matçdakı hərəkətləri səbəb olub. Hakimlər briqadasını təhqir edən çalışdırıcı klubunu 500 manat ziyana da salıb. Qərara əsasən, bu hal yenidən təkrarlandığı halda isə onun haqqında daha ciddi tədbir görüləcək.

 

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın baş hakimi Xəlil Xəlilov olub. İntizam Komitəsi Hakimlər komitəsinə referi haqqında lazımı ölçü götürüb məlumat verməyi də tapşırıb.

0