[b]Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşdü[/b]
05.05.2015 - 14:49
[b]Rövnəq Abdullayev  FİFA prezidenti ilə görüşdü[/b]

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev FİFA-nın prezidenti Yozef Blatterlə görüşüb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Sürix şəhərindəki görüş AFFA-nın təşəbbüsü ilə baş tutub.

 

Tədbirdə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FİFA prezidentinə təqdim olunub. Görüş zamanı ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Tədbirdə FİFA-nın baş katibi Cerom Valke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

 

 

0