[b]“Qarabağ” iki futbolçusunu Lənkərana aparmayacaq[/b]
05.05.2015 - 15:10
[b]“Qarabağ” iki futbolçusunu Lənkərana aparmayacaq[/b]

Topaz Premyer Liqasının XXXIII turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Qarabağ” səfərə itkilərlə yollanacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda əsas heyətin iki üzvünü Lənkərana aparmayacaq.

 

Bunlar sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən Ansi Aqolli və zədəli Cavid Tağıyevdi. Son vaxtlar əla forma yığan və artıq milli komandaya da çağırılan Tağıyev ötən tur “Qəbələ” (1:1) ilə keçirilən oyunun ilk hissəsində zədələnmişdi. “Xəzər Lənkəran”la qarşılaşmanı buraxacağı dəqiq olan 23 yaşlı yarımmüdafiəçinin ondan sonrakı axırıncı iki turda iştirakı isə sual altındadı.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu mayın 8-də keçiriləcək.

 

0