“Barselona”nın müdafiəçisi “Bavariya” ilə oyunu buraxacaq
05.05.2015 - 16:23
“Barselona”nın müdafiəçisi “Bavariya” ilə oyunu buraxacaq

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Bavariya” ilə qarşılaşacaq “Barselona” ilk matça ciddi itki ilə çıxacaq. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Jeremi Matyu sabahkı qarşılaşmanı buraxmalı olacaq.

 

Kataloniya klubunun yeganə itkisi olan fransalı mərkəz müdafiəçisi sağ ayağındakı zədədən əziyyət çəkir. Lakin təcrübəli oyunçunun durumu elə də ciddi deyil. Həkimlər Matyunun bu komandalar arasında keçiriləcək cavab qarşılaşmasına hazır olacağını bildirib.

 

Qeyd edək ki, “Barselona” – “Bavariya” oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0