[b]Bakı-2015: Millimiz Hollandiya ilə eyni qrupda![/b]
05.05.2015 - 17:56
[b]Bakı-2015: Millimiz Hollandiya ilə eyni qrupda![/b]

Avropa Oyunlarında basketbolun 3x3 növü üzrə mübarizə aparacaq komandaların qrupları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək mötəbər turnirdə Azərbaycan yığmaları da rəqiblərini tanıyıb.

 

Elxan Əliyevin rəhbərlik etdiyi kişilərdən ibarət millimiz D qrupunda yer alıb. Komandamız ilkin mərhələdə Andorra, Çexiya, və İsveçrə ilə qüvvəsini sınayacaq.

 

Tatyana Slojenitsinanın çalışdırdığı qadınlardan ibarət yığmamız isə daha çətin rəqiblərlə üz-üzə gələcək. Basketbolçularımız dünyanın ən güclüsü Hollandiya ilə yanaşı, İsveçrə və Yunanıstanla D qrupuna düşüb.

 

Bakı-2015-in idman şöbəsinin direktoru Pirs O’Kallaqan bildirib ki, Oyunların proqramına daxil edilən yeni və innovativ idman növlərindən biri olan basketbolun 3x3 növünə olduqca böyük maraq göstəriləcək: “İlk Avropa Oyunlarının çempionunu müəyyənləşdirəcək yarışların gərgin mübarizə şəraitində keçəcəyinə şübhə yoxdu. Mötəbər Oyunları gerçəkləşdirmək üçün hər şey hazırdı və bu yay Bakıda ən yaxşı komandaların mübarizə aparacağını bilmək bizi sevindirir”.  

 

Kişilər

A qrupu: Sloveniya, Rumıniya, Litva, İsrail

B qrupu: Rusiya, İspaniya, Türkiyə, Belçika

C qrupu: Estoniya, Serbiya, İtaliya, Yunanıstan

D qrupu: Andorra, Çexiya, AZƏRBAYCAN, İsveçrə

 

Qadınlar

A qrupu: Hollandiya, AZƏRBAYCAN, İsveçrə, Yunanıstan

B qrupu: Çexiya, Belçika, Türkiyə, Ukrayna

C qrupu: İspaniya, Sloveniya, İrlandiya, Slovakiya

D qrupu: Rumıniya, Rusiya, İsrail, Litva

 

Qeyd edək ki, Oyunlarda basketbol yarışları iyunun 23-26-da 2000 tamaşaçı tutumuna malik, müvəqqəti yaradılan Basketbol Arenasında olacaq. 

0