[b]Melo “Qalatasaray”dan ayrılırmı?[/b]
05.05.2015 - 18:36
[b]Melo “Qalatasaray”dan ayrılırmı?[/b]

“Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo yenidən İtaliyaya dönmək arzusunda olduğunu bildirb. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatına açıqlama verən yarımmüdafiəçi Mançinin onu “İnter”də görmək istəməsi ilə bağlı verilən suala cavab verərək, italyan mütəxəssislə işləməyin çox xoş olduğunu bildirib.

 

“İnter”ə mümkün keçidlə bağlı isə “pitbull” bunları deyib:

 

“Bir gün yenidən İtaliyaya dönmək istəyərəm. Turində hələ də evim var. Tez-tez alış-veriş üçün Milana gedirəm. Ailəm də daha əvvəl orda xoşbəxt idi, getsək yenə xoşbəxt olacaqlar”.

0