[b]Bakı 2015:[/b] [b]Avropa Oyunlarının Alovu bu gün Şirvan və Hacıqabul şəhərlərində olub[/b]
05.05.2015 - 19:20
[b]Bakı 2015:[/b] [b]Avropa Oyunlarının Alovu bu gün Şirvan və Hacıqabul şəhərlərində olub[/b]

Bakı 2015 Avropa Oyunlarının Alovunu bu gün Şirvan və Hacıqabul şəhərlərinin sakinləri salamlayıblar. Apasport.az saytının məlumatına görə, Şirvan şəhərində yürüşü rəqs müəllimi Cavid Ziyadi Heydər Əliyev prospektində başladı.

 

Ümumən 3,8 km məsafə boyunca estafet Naxçıvan, Məhəmməd Əmin Rəsulzadə küçələri ilə davam edən yürüşdə tədris mütəxəssisi Rövşən Allahverdiyev, bədən tərbiyəsi və idman müəllimləri Əvəzağa Qarayev və Rövşən Azadov, tibb işçisi Ayşən Həşimova, mədəni işlər təşkilatçı Nurlan Qədimov, idmançı Rasim Quliyev, voleybolçu Mehriban Nəcəfova, maarif işçisi Mehriban Zərbəliyeva iştirak etdilər. Təlim-tədris mütəxəssisi Aydın Alıyev Heydər Əliyev meydanında quraşdırılmış tribunada alov çırağını yandırdı, karate üzrə yeniyetmələr arasında Avropa və dünya çempionu Fərid Abbasov onu şəhər ictimaiyyətinə təqdim etdi.

 

Şirvan Heydər Əliyev meydanında keçirilmiş qarşılama mərasimi zamanı yerli sakinlərə Birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumat verildi. Yeniyetmə və gənclər Bakı 2015-in canlı rəmzlərinin əhatəsində maraqlı vaxt keçirdilər.

 

Sonra məşəl Şirvan səyahətini başa vuraraq, sonrakı ünvanı Hacıqabula üz tutdu.

 

3,9 km məsafəni əhatə edən estafeti şəhər tağının yerləşdiyi general Məhəmməd Əsədov küçəsində boksçu şagird Əli Rüstəmov başladı. Sonra İsmət Qayıbov küçəsi boyunca onu məşqçi-müəllim Teyyub İsmayılov, kikboksinq üzrə məşqçi Bədəl Bədəlov, sahibkar Elvin Rəcəbov, xəritəşünas Dilavər Əzizov, ictimai fəal Daşqın Nağıyev, bədən tərbiyəsi və idman müəllimiləri - ehtiyatda  olan zabit Emin Məmmədov, Samir Muradov və Ramil İbişov daşıdılar. Axşım saatlarında Heydər Əliyev meydanında qarşılanma mərasiminin keçirildiyi yerə məşəli sonuncu etsafetçi karate  kobudo məşqçisi Elnur Şəfiyev gətirərək, səhnəyə qalxdı. Məşəlin alovu ilə yandırılan çırağı gənc voleybolçu Ayşən Şükürova şəhər ictimaiyyətinə təhvil verildi.

 

Bakı 2015-in canlı rəmzləri ceyran və nar yerli gənclərin diqqət mərkəzində oldu.

 

Görüşlər başa çatdıqdan sonra, estafet iştirakçıları Kür mənsəbindən Araz çayı boyunca davam etdirərək, sabah, mayın 6-da əvvəlcə Saatlıda olacaqlar, axşam saatlarında isə Sabirabadda böyük Alov Festivalı təşkil olunacaq.

0