[b]Dunqa İngiltərə çempionunu millidən kənarda qoydu[/b]
05.05.2015 - 19:45
[b]Dunqa İngiltərə çempionunu millidən kənarda qoydu[/b]

Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Dunqa Amerika Kuboku – 2015 üçün yığmanın heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahısına 24 futbolçu daxil edən baş məşqçi aşağıdakı futbolçulara dəvət göndərib.

 

Qapıçılar: Dieqo Alves, Cefferson, Marselo Qroe

 

Müdafiəçilər: Danilo, Fabinyo, Filipe Luis, Tyaqo Silva, David Luiz, Markinyos, Marselo, Miranda

 

Yarımmüdafiəçilər: Elias, Fernandinyo, Luis Qustavo, Kazemiro, Filipe Koutinyo, Villian, Everton Ribeyro, Duqlas Kosta

 

Hücumçular: Dieqo Tardelli, Neymar, Robinyo, Roberto Firimino

 

Xatırladaq ki, Rusiyada “Zenit”in şərəfini qoruyan Hulk və “Çelsi” ilə İngiltərə çempionluğunu qazanmış Oskar bu dəfə Dunqanın siyahısına düşə bilməyib.

0