[b]Fransada “İlin futbolçusu” adına namizədlər açıqlandı[/b]
05.05.2015 - 20:15
[b]Fransada “İlin futbolçusu” adına namizədlər açıqlandı[/b]

Fransa çempionatının 2014/15 mövsümünün ən yaxşı futbolçusu üçün namizədlərin adları bəlli olub. Apasport.az saytının məlumatına görə, titul uğrunda mübarizə 4 futbolçu arasında gedəcək.

 

Bunlar PSJ-dən Zlatan İbrahimoviç, Xavier Pastore və Marko Verattidir. Digər futbolçu isə “Lion”un hücumçusu Aleksandr Lakazet olacaq.

 

Ən yaxşı qapıçı nominasiyasında da kimlərin mübarizə aparacağı bəlli olub. “Lion”un qapıçısı Antonio Lopes, “Monako”dan Daniel Subaşiç, “Marsel”in çərçivə qoruyucusu Stiv Mandanda və “Sent-Etyen”li Stefan Rufyedən biri mövsümün ən yaxşısı adına layiq görüləcək.

0