Eşli Koul və Lempard yenidən komanda yoldaşı ola bilərlər
05.05.2015 - 21:48
Eşli Koul və Lempard yenidən komanda yoldaşı ola bilərlər

Cari mövsümün sonunda “Roma”dan ayrılmağı planlaşdıran ingilis futbolçu Eşli Koula Amerika Birləşmiş Ştatlarından təklif var. Apasport.az saytının məlumatına görə, MLS liqasında çıxış edən “Nyu-York Siti” klubu veteran futbolçunu heyətində görməkdə maraqlıdır.

 

Artıq digər ingilis Frenk Lempardla da anlaşan ABŞ klubu “Çelsi”nin iki eks üzvünü yenidən komanda yoldaşı edə bilər.

 

Xatırladaq ki, Koulun “Roma” ilə müqaviləsi 2016-cı ilə kimi nəzərdə tutulmuş olsa da, məşqçilər heyətinin planlarına uyğun gəlmədiyi üçün italyanlar onun mövsümün sonunda ödənişsiz olaraq başqa komandaya keçməsinə imkan yaradacaqlar.

0